Gənc güllə atıcımız açıq Tbilisi çempionatında gümüş medal qazanıb
Azərbaycanın gənclərdən ibarət güllə atıcılığı üzrə komandası açıq Tbilisi çempionatında 1 medal qazanıb.

Komandamızın üzvü Vladislav Kalmikov 10 metr məsafəyə atəşaçma yarışında 556 xalla gümüş medala layiq görülüb.

Qeyd edək ki, bundan əvvəl böyüklərdən ibarət komandamızın üzvləri Nigar Nəsirova qızıl, Ruslan Lunyov gümüş, paralimpiyaçı Kamran Zeynallı bürünc medal qazanıblar.

Xəbər 1030 dəfə oxundu.