Çimərlik futbolu üzrə millimiz beynəlxalq reytinq cədvəlindəki mövqeyini qoruyub
Çimərlik futbolu üzrə milli komandaların növbəti reytinq cədvəli açıqlanıb.

Hesabında 484 xal olan Azərbaycan millisi 33-cü pillədəki mövqeyini qoruyub.

Reytinq cədvəlinə 3932 xalla Braziliya millisi başçılıq edir. Rusiya 2873 xalla ikinci, İtaliya komandası 2646 xalla üçüncü pillədə yer alıb.


Xəbər 709 dəfə oxundu.