«Barselona» olmasaydı, «Real» məşqçisiz də çempion olardı
Madrid «Real»ının baş məşqçisi Joze Maurinyo ötən mövsüm təəssüratları ilə bölüşüb. İdman.com.az saytının məlumatına görə, baş məşqçi həmçinin Madrid klubu ilə müqaviləsini uzatmasından da danışıb.

Maurinyo komandasının son zəfərindən danışaraq deyib: «Əgər «Barselona» mövcud olmasaydı, «Real» İspaniya çempionluğunu məşqçisiz də qazana bilərdi. Biz 100 xal qazandıq və «Barselona»nı 9 xal qabaqladıq. Çempionun belə üstünlüyünü mən nə İngiltərə görmüşəm, nə İtaliyada, nə də Fransada».

Baş məşqçi klubu ilə yeni müqaviləsindən bunları söyləyib: «Bəli, mən «Real»la müqaviləmi» 2016-cı ilədək uzatdım. Lakin anlamaq lazımdı ki, bütün bu müddət ərzində mən klubun səviyyəsinə uyğun gəlməliyəm – burada ardıcıl iki məğlubiyyətə görə də qova bilərlər. Əlimdən gələni etməyə çalışacağam ki, uğurlar qazanım.

Xəbər 1284 dəfə oxundu.