Azərbaycanın vinq-çun üzrə milli komandası Çinə yollanıb
Azərbaycanın vinq-çun üzrə milli komandası VI dünya çempionatında iştirak etmək üçün noyabrın 28-də Çinə yollanıb.

Noyabrın 29-dan dekabrın 2-dək baş tutacaq çempionatda ölkəmizi Əlfi Məmmədov (60 kq), Nihat Azayev (65 kq), Eysevər Zülfiyev (70 kq), Arzuman Rəsulzadə (75 kq), 36 yaşdan yuxarı idmançılar arasında Mahmud Mehdioğlu və ustaların yarışında Asif Sayadov təmsil edəcək.

Döyüşçülərimiz mundialda full-kontakt və vinq-çun tao növlərində yarışacaqlar.

Qeyd edək ki, çempionatda 41 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparacaqlar.

Xəbər 663 dəfə oxundu.