«Roma» Pelleqrini istəyir
«Roma» ispan «Malaqa»sının baş məşqçisi Manuel Pelleqrininin xidmətində maraqlıdır. Bunu mətbuata 58 yaşlı mütəxəssisin agenti Hesus Martines açıqlayıb. «Football Italia»nın yazdığına görə, agent deyib:

«Roma» həqiqətən də bizə müraciət edərək vəziyyəti dəyərləndirmək istəyib. Xatırladım ki, mənim müştərimin «Malaqa» ilə ilə hazırda qüvvədə olan müqaviləsi var. Biz də ona hörmətlə yanaşırıq. Bundan əlavə hələlik heç nə deyə bilmərəm».

İdman.com.az saytının məlumatına görə, «Roma» bu ayın 10-da baş məşqçisi Luis Enrike ilə yollarını ayırıb.

Xəbər 932 dəfə oxundu.