Naxçıvanda keçirilən futzal liqasının 7-ci turunun oyunları başa çatıb | |
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə muxtar respublikada ilk dəfə olaraq dövlət və özəl təşkilatlar arasında keçirilən futzal liqasının 7-ci turunun oyunları başa çatıb. Bu turda aşağıdakı nəticələr qeydə alınıb: “Antiinhisar və İBNDA” - “FHN-Xilasedici” 1:4 “Diplomatik” – “DSMF” 2:7 “Penitensiar Xidmət” – “Badamlı” 0:4 ƏƏSMN - “Türkiyə səfirliyi” 8:1 “Nəqşicahan Holdinq” – “Hava Limanı” 11:3 “Ədliyyə” – “Prestij” 2:6 “Ağbulaq” – “Günnüt” 3:2 “Panter” – “Birlik” 11:5 “Cahan Holdinq” – “Qayğı” 6:0 “Zirvə” – “Lokomotiv” 1:1 “Nuhçıxan” – “Mustanq” 5:8 Hazırda turnir cədvəlinə 7 görüşdə maksimum xal toplayan “Panter” başçılıq edir. “Badamlı” və “Penitensiar Xidmət” komandalarının aktivində 18 xal var. |
|
Xəbər 677 dəfə oxundu. |
|
|