Voleybol üzrə Azərbaycan millisi Rusiya yığması ilə qarşılaşıb | |
Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı davam edir. Çempionatda 9 ölkənin milli komandası mübarizə aparır. Millimiz A qrupunda Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə birgə yer alıb. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa seçmələri yarışırlar. Yığmamız turnirdə növbəti oyununu keçirib. Rusiya ilə qarşılaşan komandamız 0:3 hesabı ilə məğlub olub. Millimiz ilk oyununda Ukraynaya 0:3, növbəti qarşılaşmada isə Gürcüstana 1:3 hesabı ilə uduzub. Yarışın reqlamentinə əsasən, çempion Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək. |
|
Xəbər 689 dəfə oxundu. |
|
|