Şahmatçılarımız Serbiyada liderlər qrupunda mübarizəni davam etdirirlər
Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçıları liderlər qrupunda mübarizəni davam etdirirlər.

Təmsilçilərimiz Abdulla Qədimbəyli və Nail Bəşirli 2 turda ardıcıl qələbə qazanıblar. Üçüncü turda təmsilçilərimiz yerli idmançılarla - A.Qədimbəyli İrina Çeluşkina, N.Bəşirli Ljilja Drljeviclə mübarizə aparacaqlar.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.


Xəbər 655 dəfə oxundu.