Halkla danışıqlara start verildi
«Portu»nun forvardı Halk «Çelsi»yə keçidlə bağlı danışıqlara start verib. İdman.com.az saytının məlumatına görə, həm cinahda, həm də hücumun mərkəzində oynaya bilən 25 yaşlı braziliyalı Londonda artıq klubla vidalaşmış Droqbaya əvəz kimi dəyərləndirilə bilər.

Ötən mövsümdə Halk Portuqaliya klubunda 38 oyunda 21 qolla fərqlənib. Onun Portuqaliya çempionatında çox qaldığını və daha yüksək səviyyədə oynamasının vaxtı çatdığını söyləmək olar.

Hazırda Halk Braziliya yığmasının ixtiyarındadı. Lakin bu, ona artıq «Çelsi»ylə transfer şərtlərinin müzakirəsinə başlayan agenti ilə əlaqə saxlamağa mane olmur.

Xəbər 965 dəfə oxundu.