Sumo üzrə Azərbaycan çempionatında 150-yə yaxın idmançı mübarizə aparacaq
Dekabrın 6-8-də Abşeron Olimpiya İdman Kompleksində sumo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Ölkə birinciliyində 15-ə yaxın regiondan 150-yə yaxın idmançı iştirak edəcək.

Yarışda kadetlər, yeniyetmələr, gənclər və böyüklər öz qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışın qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Sumo Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Xəbər 533 dəfə oxundu.