Boks üzrə Azərbaycan çempionatının yarımfinalçıları müəyyənləşib
Boks Mərkəzində kişi boksçular arasında Azərbaycan çempionatı keçirilir. Ölkənin ən güclü boksçularının mübarizə apardığı turnirdə dörddəbir final mərhələsinin görüşləri yekunlaşıb. Qələbə qazanan boksçular özləri üçün ən azı bürünc medalı təmin ediblər.

52 kiloqram çəki dərəcəsində Ramazan Babayev, Yadigar Əliyev, Salman Əlizadə, Maqsud Xasmetov növbəti mərhələyə vəsiqə qazanıblar. Ruslan Rüstəmov, Malik Həsənov, Kamran Orucov, Cavid Çələbiyev 63, Vüsal Əliyev, Röyal Buludov, Sərxan Əliyev, Elməddin İsmayılov 69 kiloqram çəki dərəcəsində dörddəbir final mərhələsini uğurla başa vurublar. Ağır çəkidə - 81 kiloqramda mübarizə aparan Cəbrayıl Yelekov, Cabbar İsmayılov, Kamran Muradov, Sürət Qarayev yarımfinalda döyüşmək hüququ qazanıblar.

Turnirdə 29 komandadan 109 idmançı medallar uğrunda yarışır.

Qeyd edək ki, çempionatda bu gün yarımfinal döyüşləri keçirilir.

Xəbər 977 dəfə oxundu.