Azərbaycanın yeniyetmə qılıncoynadanı “Riposta Cup” beynəlxalq turnirində çıxış edib
Azərbaycanın yeniyetmə qılıncoynadanı Zərifə Hüseynova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 17 yaşadək sablyaçılar arasında “Riposta Cup” beynəlxalq turnirində çıxış edib.

Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran idmançımız pley-offda rumıniyalı İona Krakiuna 15:5 hesabı ilə qalib gəlib. Z.Hüseynova onaltıdabir finalda digər rumıniyalı sablyaçı Teodara Neaquya 11:15 hesabı ilə uduzub.

Xəbər 713 dəfə oxundu.