Çaqayev azadlıqda
İsveçrənin iflasa uğramış «Ksamaks» klubunun sahibi Bulat Çaqayev azadlığa buraxılıb. İdman.com.az saytının məlumatına görə, Qalmaqallarla məşhur çeçen iş adamı 700 min İsveçrə frankı müqabilində dəmir barmaqlıqlar arxasından çıxıb.

Çaqayev «Ksamakas»ın rəsmi iflas edilməsindən sonra - yanvarın 26-da Cenvevrə prokurorluğunun qərarı ilə həbs edilmişdi. O sənədlərin saxtalaşdırılmasında və işlərin düzgün, qanunlar çərçivəsində aparılmasında ittiham edilir. İşi aparan Nefşatel prokurorluğu ilə Çaqayevin vəkillərinin razılığına əsasən iş adamı məhkəməyə qədər azadlıqda qalacaq, lakin bu müddətdə şəhəri tərk edə bilməyəcək. Vəkil Trümpinin dediyinə görə, Çaqayev mətbuat nümayəndələri ilə hələlik görüşmək niyyətində deyil.

Xəbər 1155 dəfə oxundu.