Tovuzda yeniyetmələr arasında cüdo turniri keçirilib
Tovuzda yeniyetmələrin XII respublika oyunları çərçivəsində cüdo yarışları keçirilib.

Açılış mərasimində federasiyanın, Gənclər və İdman Nazirliyinin, eləcə də idman ictimaiyyətinin nümayəndələri çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayıblar. Qeyd edilib ki, cüdoçularımız beynəlxalq yarışlarda parlaq qələbələr qazanırlar.

Turnirdə 29 klubdan 136 oğlan və 45 qız cüdoçu medallar uğrunda mübarizə aparıb.

Mükafatçılara medallar və Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub.

Xəbər 666 dəfə oxundu.