Voleybol üzrə U-16 komandamız Ukrayna yığması ilə qarşılaşıb
Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçirilir.

Aszport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, çempionatda 9 ölkənin milli komandası mübarizə aparır.

Millimiz A qrupunda Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə birgə yer alıb. B qrupunda isə Belarus, Estoniya, Litva və Polşa seçmələri üz-üzə gələcəklər.

Yığmamız ilk oyununda Ukrayna komandası ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Avro 2020”yə seçmə xarakteri daşıyan yarışda voleybolçularımız növbəti oyununu noyabrın 25-də Gürcüstana qarşı keçirəcəklər.

Yarışın reqlamentinə əsasən, çempion Monteneqroda keçiriləcək Avropa çempionatının finalına vəsiqə əldə edəcək.

Xəbər 695 dəfə oxundu.