Azərbaycan idmançıları ciu-citsu üzrə dünya çempionatında 3 medal qazanıblar
Azərbaycan idmançıları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən ciu-citsu üzrə dünya çempionatında iki qızıl və bir gümüş medal qazanıblar.

Mundialda ölkəmizi Tehran Seyidov, Elşən İbişov və Emil Qurbanov təmsil ediblər. Hər üç idmançımız finaladək irəliləməyi bacarıb. E.İbişov və E.Qurbanov finalda rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. T.Seyidov isə finalda rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, 32 ölkənin iştirak etdiyi çempionatda Azərbaycan millisi 3 medalla 9-cu pillədə qərarlaşıb.

Xəbər 669 dəfə oxundu.