Futbolçuların sığortasını FİFA ödəyəcək
Budapeştdə FİFA konqresi öz işini başa vurub. İdman.com.az saytının məlumatına görə, Konqresdə təşkilatın icraiyyə komitəsinin təsdiqlədiyi məsələlərə baxılıb. Bu, ilk növbədə klub və federasiyalar arasındakı münasibətlərin ən ağrılı məsələsinə - oyunçuların yığmada çıxışlar zamanı sığortalanmasına aiddir. Təsdiqlənən yeni sistemə əsasən, futbolçular yığmalarında zədə alarlarsa, onların sığorta haqqını FİFA ödəyəcək. Maksimal ödəniş bir futbolçu üçün illik 9,7 milyon dollar olacaq. Zədələr üzrə ödənişlər futbolçunun maaşına uyğun maksimum günü 27 min dollar olaraq təşkil edəcək. Bu sığorta siyasəti bu il sentyabrın 1-dən qüvvəyə minəcək.

Klublara açıq güzəştə rəğmən, FİFA-nın özündə bu qərarı yüksək qiymətləndirirlər. Təşkilatın baş katibi Jerom Valke deyir: «Bu, irəliyə çox vacib bir addımdı. İndi daha «Barselona»nın Lionel Messini Argentina yığması ilə Pekin olimpiadasına buraxmadığı kimi hallar baş verməyəcək».

Dünya futbolu üçün digər ciddi problem son illər rüşvətxorluğun genişlənməsidi. Mətbuat nümayəndələrinin fikrincə, bu haldan, 2022-ci ilin Qətərdə keçirilməsinin qərara alınması da yan ötmədi. Məmurların rüşvətxorluğu və danışılmış oyunlarla mübarizə üçün etika komissiyasının yeni strukturunu təsdiqlədi. İndi o, iki palatadan ibarət olacaq – istintaq və məhkəmə palatalarından. Onların hərəsinin özünün müstəqil başçısı olacaq. Palata rəhbərlərinin seçkisi iyunun 29-da baş tutacaq.
Bundan əlavə ayrıca təftiş komissiyasının yaradılması da təsdiqlənib. O, buraxılmış audit komissiyasını əvəzləyəcək və daha geniş iş görəcək. Onun vəzifələrinə tək futboldakı maliyyə axınlarını yoxlamaq deyil, eləcə də müxtəlif əməliyyatların futbol hüququ normalarına uyğunluğunu yoxlamaq olacaq.

FİFA ümumi səsvermə ilə təşkilata 209-cu üzvü – Cənubi Sudan Futbol Federasiyasını da qəbul etdi. Cənubi Sudan öz müstəqilliyini bu ilin əvvəlində elan edib və artıq bir sıra dünya ölkələri tərəfindən tanınıb. Bu yeni ölkənin yığması beynəlxalq yarışlara qatıla biləcək. Ancaq Kosovo hələ ki, bu ixtiyara malik deyil. FİFA hətta özünün yeni Kosovoya yoldaşlıq görüşləri keçirməyə icazə qərarını dayandırıb. Belə ki, Serbiya Futbol İttifaqı və ölkənin özü Kosovonun müstəqilliyini və onun futbol federasiyasını tanımaq niyyətində deyil.

Xəbər 1077 dəfə oxundu.