Şağan Olimpiya İdman Kompleksində ciu-citsu üzrə birinci beynəlxalq seminar keçirilib
Dünya Ciu-Citsu Federasiyasının və onun Azərbaycandakı nümayəndəliyinin, eləcə də “Samuray” idman klubunun təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində ciu-citsu üzrə birinci beynəlxalq seminar keçirilib.

Seminar ölkəmizdə səfərdə olan Dünya Ciu-Citsu Federasiyasının prezidenti Robert Hart (kanço), vitse-prezidenti Yavor Dyankov (şihan), federasiyanın nümayəndəsi Bernard Mur (sensey) tərəfindən keçirilib.

Dünya Ciu-Citsu Federasiyasının ölkəmizdəki rəsmi nümayəndəsi Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti Əli Cəfərovdur.

Xəbər 714 dəfə oxundu.