Futzal üzrə Yüksək Liqanın IX turunun oyun cədvəli açıqlanıb | |
Futzal üzrə Yüksək Liqanın IX turunun oyun cədvəli açıqlanıb. Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları noyabrın 28-də keçiriləcək. Tura “Marafon”–“Yasamal” oyunu ilə start veriləcək. Görüş saat 12:00-da başlayacaq. Günün ikinci qarşılaşması “Neftçi” və “Premier” komandaları arasında keçiriləcək və matça saat 14:00-da start veriləcək. Saat 16:00-da “Baku Fire”–“Bakı”, iki saat sonra EKOL–“Xızı” və saat 20:00-da “Record”–“Araz” oyunlarının start fiti səsləndiriləcək. Turun oyunları Bakı İdman Sarayında təşkil olunacaq. Səkkiz turdan sonra hesabında 24 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. “Neftçi” və EKOL 18 xalla 2-3-cü pillədə yer alıblar. |
|
Xəbər 806 dəfə oxundu. |
|
|