Təmsilçimiz şahmat festivalının gümüş medalını qazanıb
Türkiyənin Mersin şəhərində keçirilən şahmat festivalının A turnirində təmsilçimiz ikinci yeri tutub.

Sumqayıt şahmatçısı Misrətdin İsgəndərov 9 turdan 7 xal toplayaraq gümüş medal qazanıb. Onunla eyni xala malik olan özbəkistanlı Nodirbek Abddursattorov əlavə göstəricilərə görə təmsilçimizi qabaqlayaraq turnirin qalibi olub.

Qeyd edək ki, M.İsgəndərov medal qazanmaqla yanaşı, həm də qrossmeyster normasının 3-cü balını toplayıb.

Xəbər 673 dəfə oxundu.