Antalyada keçirilən A kateqoriyalı açıq turnirdə şahmatçımız ikinci yeri tutub
Antalyada keçirilən A kateqoriyalı açıq turnirdə şahmatçımız uğurla çıxış edib.

Komandamızın üzvü Rəsul İbrahimov 9 turdan 7 xal toplayaraq ikinci yeri tutub. Onunla eyni xal toplayan gürcüstanlı Konstantin Şanava əlavə göstəricilərə görə turnirin qalibi olub.

Xəbər 772 dəfə oxundu.