Dünya çempionatında Azərbaycanı 12 kikboksçu təmsil edəcək
Noyabrın 23-dən dekabrın 1-dək Antalyada kikboksinqin WAKO versiyası üzrə full-kontakt və kik-layt növlərində dünya çempionatı keçiriləcək.

Bu nüfuzlu yarışda Azərbaycanı 12 idmançı təmsil edəcək. Milli komandamızın tərkibində “Ağ canavar” ləqəbli dəfələrlə Avropa və dünya çempionu olmuş Eduard Məmmədov da iştirak edəcək.

Qeyd edək ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu ilin oktyabrında keçirilmiş dünya çempionatında E.Məmmədov kikboksinqin layt-kontakt versiyası üzrə dünya çempionu adına layiq görülüb. O, budəfəki dünya çempionatında kik-layt versiyası üzrə mübarizə aparacaq.
Komandamız Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev və birinci vitse-prezident Güloğlan Cabbarovun rəhbərliyi altında yarışacaq.


Xəbər 1322 dəfə oxundu.