Mübariz Mənsimov «Beşikdaş»dan çıxarıla bilər
Türkiyənin «Beşikdaş» futbol klubunun rəhbərliyində yer alan azərbaycanlı iş adamı Mübariz Mənsimov tutduğu mövqedən azad olunmalıdır. İdman.com.az-ın Türkiyə mətbuatından əldə etdiyi xəbərə görə, buna səbəb «Qasımpaşa»nın da Superliqaya vəsiqə qazanmasıdır. Onunla yanaşı, Zəfər İldırım, Turqay Çinər və Ehsan Kalkavan da bu klub rəhböərliyindən kənarlaşdırılacaqlar.

«Beşikdaş»ın nizamnaməsinin 8-ci maddəsinə görə, klubun üzvləri «Beşikdaş»la eyni yarışda olan komandaların və dərnəklərin heç birinin rəhbərliyində yer ala bilməzlər. Bunu həm beynəolxalq, həm də Türkiyə futbol qaydaları da qadağan edir.

Xəbər 1604 dəfə oxundu.