Bakıda keçirilmiş aerobika gimnastikası üzrə məşqçilik kurslarının nəticələri bəlli olub
Milli Gimnastika Arenasında təşkil olunmuş aerobika gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Akademiyasının 2-ci dərəcəyə aid məşqçilik kurslarının nəticələri açıqlanıb.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ölkəmizdə bu növ üzrə ikinci dəfə keçirilmiş kurslarda Azərbaycandan olan 11 iştirakçının 9-u imtahanlarda uğurlu nəticə göstərərək, ikinci məşqçilik dərəcəsi əldə edib. Bunlar Elçin Məmmədov, İmran İmranov, Nərminə Hüseynova, Vladimir Dolmatov, Emil Quliyev, Aleksandra Qorobçuk, Cəmilə İsmayılova, Alfiya Mantova və İldırım Mirməmmədovdur.
Kursun rəhbəri FIG Akademiyasının eksperti, beynəlxalq dərəcəli hakim və Avropa Gimnastika İttifaqının aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Olqa Kiseloviçova olub. Tədbir Braziliyadan olan ekspert Katia Lemos və aerobika gimanstikası üzrə Azərbaycan yığmasının baş məşqçisi, ekspert Marian Kolev tərəfindən keçirilib.

Kurslara Azərbaycan, Argentina, İran, Meksika, Moldova və Ukraynadan olan 19 məşqçi qatılıb.

Xəbər 843 dəfə oxundu.