Azərbaycan millisi bütün karate növləri üzrə dünya çempionatında iştirak edir
Moskvada tarixdə ilk dəfə bütün karate növləri üzrə dünya çempionatı keçirilir.

Yarışda ölkəmizi Azərbaycan Sindo-ryu və Pencak-silat Federasiyasının vitse-prezidenti, yığmamızın baş məşqçisi Abbas Hünbətovun rəhbərliyi ilə 26 idmançı təmsil edir.

Turnirdə 40-dan artıq ölkədən min idmançı birincilik uğrunda mübarizə aparır.

Dünya çempionatı çərçivəsində festivalın təşkili də nəzərdə tutulub.

Yarışa ciddi hazırlaşdıqlarını deyən A.Hünbətov millimizin heyətində yetərincə güclü idmançıların yer aldığını diqqətə çatdırıb.

Bildirib ki, bütün karate növləri üzrə dünya çempionatı ilk dəfədir təşkil olunur. Yarışa yetərincə güclü və titullu idmançılar qatılıblar. Ümid edirəm ki, millimiz Moskvada uğurla çıxış edib, qazandıqları medallarla xalqımızı sevindirəcəklər.
Yarışa noyabrın 25-də yekun vurulacaq.

Xəbər 690 dəfə oxundu.