Azər Mənsimovun klubunu superliqaya çıxardı
Türkiyə milli futbol çempionatının superliqasına yüksələcək sonuncu komandanın adına ötən baza günü aydınlıq gətirilib. İdman.com.az-ın məlumatına görə, superliqaya keçid pley-offunun final mərhələsində «Adanaspor»u gərgin rəqabətdə məğlub edən «Qasımpaşa» birillik fasilədən sonra yenə bu hüququ əldə edib. Ankarada keçən həlledici qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavaə vaxt ın başa çatmasına 2 dəqiqə qalmış Norveç vətəndaşı Azər Qaradaşın vurduğu qol «Qasımpaşa»nı elitaya yüksəldib.

91 illik keçmişi olan komanda bu mövsüm 1-ci liqa yarışını 59 xalla dördüncü yerdə başa vurmuşdu. O, pley-off yarımfinalında «Konyaspor»u məğlub etmişdi.
Tarixi qələbədən sonra klubun üzvlərini Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da qəbul edib. Daha sonra İstanbula dönən komanda atəşfəşanlıqlka qarşılanıb. Klubu iqamətgahına 50-dək maşından ibarət karvan müuşahidə edib.
Qeyd edk ki, klubun rəhbər strukturunda azərbaycanlı iş adamı Mübariz Mənsimov da yer alır.

Xəbər 1055 dəfə oxundu.