Gəncədə yeni məşq meydanının inşası yekunlaşmaqdadır
Gəncə şəhər stadionunun ərazisində AFFA-nın və FIFA-nın maliyyə vəsaiti hesabına inşa olunan süni örtüklü standart ölçülərə malik məşq meydanında işlər artıq yekunlaşmaqdadır.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Gəncədə futbol infrastrukturunun inkişafı məqsədi ilə AFFA tərəfindən ilkin olaraq 2017-ci ildə şəhər stadionunun əsas meydanının təbii ot örtüyü yenidən inşa olunmuşdu. Gələcəkdə stadionun ərazisində əlavə olaraq təbii örtüklü standart ölçülərə malik məşq meydanının inşası da nəzərdə tutulur. Hazırda su təchizatı ilə bağlı məsələlər araşdırılır.

Xəbər 594 dəfə oxundu.