Həndbol üzrə Azərbaycan çempionatı: “Qarabağ” komandası altıncı turda qələbə qazanıb
Qadın həndbolçular arasında Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib.

Turun birinci oyununda “Azərsu” və “Qarabağ” komandaları qarşılaşıblar. Çempionata kifayət qədər inamlı başlayan “Qarabağ” bu qarşılaşmada da etimadı doğruldaraq 29:24 hesabı ilə qalib gəlib.

Günün ikinci oyununda isə “Azəryol” komandası “İdman Akademiyası” ilə üz-üzə gəlib. Meydançaya favorit qismində çıxan “Azəryol” növbəti qələbəsini rəsmiləşdirməkdə çətinlik çəkməyib. Nominal ev sahibinin aşkar üstünlüyü ilə yadda qalan görüş 38:26 hesabı ilə başa çatıb.

Dekabrın 4-də keçiriləcək yeddinci turda “Azərsu” - “Azəryol”, “Qarabağ” - “İdman Akademiyası” oyunları keçiriləcək.

AZƏRTAC

Xəbər 977 dəfə oxundu.