«Mançester Yunayted»in ulduzu səfir təyin olundu
İngiltərə «Mançester Yunayted» futbol klubunun formasını geyinən meksikalı futbolçu Xavyer «Çiçarito» Ernandes BMT-nin uşaq fondu YUNİSEF-in xoşməramlı səfiri elan olunub. «idman.com.az» AFP-yə istinadən bildirir ki, 23 yaşlı futbolçu aktyor Sezar Kosta, müğənni Cülyeta Veneqasla birgə Mexikoda təşkil olunmuş uşaq gecələrindən birində iştirak edib. «Çox xoşbəxtəm ki, məni bu şərəfə layiq görüblər. Bu ad mənə verilən kimi, ilk növbədə onu düşündüm ki, ölkəmin kasıb uşaqları üçün nə isə bir xeyir iş görüm və bu fürsətdən isitfadə edib hər kəsi uşaqlara yardım etməyə səsləyim» deyən futbolçu YUNİSEF-in hər bir layişhəsində iştirak etməyə hazır olduğunu söyləyib.

Xəbər 1064 dəfə oxundu.