Azərbaycan idmançıları mas-reslinq üzrə dünya kuboku turnirində iki gümüş medal qazanıblar
Azərbaycan idmançıları Polşanın Pabyanitse şəhərində mas-reslinq üzrə dünya kuboku turnirində iştirak ediblər.

Yarışda ölkəmizi Cahangir Yaqubov (105 kq) və Camal Feyziyev (+125 kq) təmsil ediblər.

Hər iki idmançımız finala qədər irəliləməyi bacarıblar. Lakin hər iki idmançımız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, turnirdə 21 ölkədən 150 idmançı iştirak edib.

Xəbər 683 dəfə oxundu.