Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir | |
Xəbər verdiyimiz kimi, sərbəst güləş yığmamız noyabrın 11-dən Dağıstanda təlim-məşq toplanışı keçir. Maxaçqalada keçirilən hazırlıq prosesi noyabrın 23-dək davam edəcək. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərlik etdiyi komandamız yerli güləşçilərlə birgə təlim-məşq toplanışında iştirak edir. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun da səfər etdiyi Mahaçqaladakı hazırlıq prosesi həm fiziki, həm də taktiki-texniki çalışmalardan ibarətdir. |
|
Xəbər 709 dəfə oxundu. |
|
|