Beynəlxalq dərəcəli hakim Zaur Hacıyev “Dinamo Kazan”-“Potsdam” oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz CEV kuboku yarışlarında mübarizə aparan Rusiyanın “Dinamo Kazan” və Almaniyanın “Potsdam” komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq. Oyunu türkiyəli baş hakim Bülent Bozkurt idarə edəcək.

Turnirin 1/32 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək görüş dekabrın 18-də Kazanda təşkil olunacaq.

Xəbər 746 dəfə oxundu.