Budo üzrə paytaxt turnirində 500 idmançı birincilik uğrunda mübarizə aparıb
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində budo döyüş növlərinin layt və full kontakt növləri üzrə paytaxt turniri keçirilib.

Azsport.az BŞGİBİ-nin saytına istinadla xəbər verir ki, yarışa respublikamızın şəhər və rayonlarını təmsil edən idman klublarının heyətində 500 idmançı qatılıb.

Turnirdə idmançılar uşaqlar (8-9 yaş, 10-11yaş), yeniyetmələr (12-13 yaş, 14-15 yaş), gənclər (16-18 yaş), böyüklər (18-dən yuxarı) kateqoriyalarında mübarizə aparıblar.

Təntənəli açılış mərasimində çıxış edən qonaqlar ölkəmizdə idmana göstərilən dövlət qayğısından və bunun nəticəsində idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıblar.

Çıxışlarda ölkəmizdə idmanın inkişafı, eləcə də budonun təbliği və kütləviləşməsi baxımından belə yarışların əhəmiyyəti xüsusi vurğulanıb.

Sonra Azərbaycanın Respublikasının dövlət himni səsləndirilib və turnirə start verilib.

Yarışda qalib gələn idmançılar təltif ediliblər.

Xəbər 663 dəfə oxundu.