Məhəmmədrəsul Məcidov peşəkar boksda ikinci döyüşünü keçirəcək | |
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov peşəkar boksda ikinci döyüşünü keçirəcək. Boksçumuzun növbəti rəqibi ingiltərəli Tom Litll olacaq. Qarşılaşma dekabrın 7-də Səudiyyə Ərəbistanında keçiriləcək. Qeyd edək ki, 32 yaşlı boksçu peşəkar rinqdəki ilk döyüşünü sentyabrın 13-də Nyu-Yorkda amerikalı Ed Fonteynə qarşı keçirib və onun debütü qələbə ilə başa çatıb. Belə ki, M.Məcidov döyüşün 4-cü raundunda rəqibini texniki nokautla məğlub edib. Bu, E.Fonteynin karyerasında 7-ci məğlubiyyəti olub. Otuz yaşlı amerikalı boksçu ümumilikdə, 19 qarşılaşma keçirib. |
|
Xəbər 950 dəfə oxundu. |
|
|