Azərbaycanın voleybol hakimi “Alba”-“Konegliano” oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz Çempionlar Liqası yarışının D qrupunda mübarizə aparan Rumıniyanın “Alba” və İtaliyanın “Konegliano” komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq. Oyunu türkiyəli baş hakim Nurper Özbar idarə edəcək.

Görüş noyabrın 27-də Rumıniyanın Tirqu-Mureş şəhərindəki “Sala Sporturilor Arena”da keçiriləcək.

AZƏRTAC

Xəbər 691 dəfə oxundu.