«Miss Avro-2012» rus gözəli oldu
Avro-2012-nin 16 iştirakçısı ölkəsinin hərəsindən bir gözəl qitə yarışının gözəlini müəyyən ediblər. İdman.com.az saytının məlumatına görə, müsabiqə Frayburq yaxınlığındakı Rust şəhərciyində keçirilib. Rusiyalı gözəl Natalya Prokopenko müsabiqədər hamını qabaqlayaraq, «Miss Avro-2012» adını qazanıb.

7 yaşından Almaniyada yaşayan Nataşa öz yeni statusunda qitə çempionatı dövründə bir sıra tədbirlərdə iştirak edəcək. Fəxri tituldan savayı Prokopenkoya 2 min avro pul mükafatı və velosiped də verilib. «Miss Avro-2012» qələbəsindən sonra bunu deyib: «Konkret heç bir komandaya azarkeşlik etməyəcəm. Amma yaxşı futbolu sevirəm».

Xəbər 1041 dəfə oxundu.