Cüdo üzrə açıq paytaxt çempionatı təşkil olunacaq
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində kişilər və qadınlar arasında cüdo üzrə açıq Bakı çempionatına start veriləcək.

Azsport.az Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, noyabrın 22-dək davam edəcək yarışın birinci günündə qadınlar arasında 48, 57, 70, kişilərin mübarizəsində isə 60, 73 və 90 kiloqram çəki dərəcələrində cüdoçular medallar uğrunda mübarizə aparacaqlar.

Xəbər 731 dəfə oxundu.