Boks üzrə açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib
Yeniyetmə boksçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb.

Azsport.az Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda 138 idmançı gücünü sınayıb.

Beş gün davam edən yarışın yekununda ən güclülərin adları müəyyənləşib. 2004-2005-ci il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə Möhsün Həsənzadə (44 kq), Nihat Qurbanlı (46 kq), Mətin Məmmədov (48 kq), Tural Sarıyev (50 kq), Kamil Babayev (52 kq), Səid Abdullayev (54 kq), Tacı Tağızadə (57 kq), Sənan Hətəmov (60 kq), Asif Hüseynov (63 kq), Nicat Qurbanov (66 kq), Ənvər Babayev (70 kq), Murad Məhərrəmov (75 kq), Rəmiş Cəfərov (80 kq) və Rəşid Məmmədov (80 kq-dan yuxarı) birinci olublar.

Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 984 dəfə oxundu.