FIFA referimiz İnqilab Məmmədov dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, noyabrın 22-də keçiriləcək Braziliya–Oman görüşünün hakimi İ.Məmmədov olacaq.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 14-dək Paraqvayda keçiriləcək.

Xəbər 772 dəfə oxundu.