Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında voleybol birinciliyinə start verilib
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında voleybol birinciliyi keçirilir.

Olimpiya sistemi ilə keçirilən və 5 gün davam edəcək yarışlarda 18 komanda mübarizə aparır.

Birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Voleybol Federasiyası və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə keçirilir.

AZƏRTAC

Xəbər 676 dəfə oxundu.