İrlandiya yığmasında zədəlilər sağalır
İrlandiya millisinin baş məşqçisi Covanni Tpapattonini sərəncamında olan 23 oyunçudan 7-si elə də ciddi olmayan zədələrini sağaltmaqdadırlar. Daha çox narahatlıq doğuran qapıçı Şey Givenin və müdafiəçi Con O`şinin vəziyyətidir. «Aston Villa»nın qolkiperi Londona gəlib bazar ertəsi zədələndiyi dizini mütəxəssislərə göstərməlidir.

İdman.com.az saytının məlumatına görə, Trapattoni Givenin Avropa çempionatı-2012-yə qədər qaydasında olacağına əmindir. Ancaq onu şənbə günü Bosniya ilə yoldaşlıq görüşünə çıxarmaq fikrində deyil.
Zədələrini sağaldanlar arasında Riçard Dann, Robbi Kin, Şeyn Lonq, Conatan Uolters və Kit Endryus da var.

Xəbər 1105 dəfə oxundu.