San-Paulu meri: “İnterlaqos” hələ 10 il F1-ə ev sahibliyi edəcək
San-Paulu şəhərinin meri Joao Doria bəyan edib ki, “İnterlaqos” avtodromunda Braziliya Qran-Prisinin təşkilatçıları Formula 1 ilə kontraktı daha 10 il müddətinə uzatmağı planlaşdırırlar.

San-Paulu şəhərinin meri Joao Doria deyib: “Bizə məlum olduğu kimi, Braziliya Qran-Prisi hələ 10 il müddətinə də San-Pauluda qalacaq. Dekabrın əvvəlində biz Çeyz Keri ilə şərtləri müzakirə etməyi və daha on mövsüm üçün saziş imzalamağı planlaşdırırıq. Bizim mərhələnin böyük ənənələri var, pilotlar bu trası dünyada ən yaxşılardan və mühüm olanlardan biri hesab edirlər. Mən Rio şəhərinin qubernatoru və Prezidentlə mübahisə etmək istəmirəm, lakin biz mərhələnin özümüzdə qalması üçün əlimizdən gələni edəcəyik”.

Bu ərəfədə Braziliya Qran-Prisinin artıq trasın layihəsinin də hazır olduğu Rio-de-Janeyroya köçürüləcəyi ehtimalı haqqında məlumatlar yayılıb.

AZƏRTAC

Xəbər 731 dəfə oxundu.