Azərbaycanın U-17 komandası Avropa çempionatının ilkin seçmə mərhələsini xalsız başa vurub
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.

Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub.

Millimiz ilkin seçmə mərhələ çərçivəsində Yunanıstan yığmasına 1:6, Almaniya komandasına isə 0:2 hesabı ilə uduzub.

Xəbər 726 dəfə oxundu.