Masallı güləşçiləri XXV ənənəvi respublika turnirinin qalibi olublar
Masallı Olimpiya İdman Kompleksində Əməkdar məşqçi, SSRİ idman ustası Nadir Ağayevin xatirəsinə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə XXV ənənəvi respublika turniri keçirilib.

Tədbirin açılış mərasimində Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından və turnirin əhəmiyyətindən danışaraq, idmançılara uğurlar arzulayıb.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov və digərləri çıxış edərək qonaqları və idmançıları salamlayıb, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə idmanın bütün növlərinin, həmçinin güləşin inkişafına diqqət və qayğı göstərildiyini vurğulayıblar.

SSRİ idman ustası N.Ağayevin yetirməsi Şücayət Qasımov tədbirin təşkil olunmasında əziyyət çəkən bütün insanlara öz dərin minnətdarlığını bildirib.

Üç gün davam edən turnirdə 20-dən artıq komandanın tərkibində 220 idmançı birincilik uğrunda yarışıb. Medal sayına görə Masallı komandası birinci olub. Bakı güləşçiləri yarışı ikinci, Sumqayıt təmsilçiləri isə üçüncü pillədə başa vurublar.

Xəbər 724 dəfə oxundu.