Şahmat üzrə “King Salman World Cup” dünya çempionatı Moskvada keçiriləcək
Rapid və blits üzrə “King Salman World Cup” adı altında keçiriləcək dünya çempionatının yeri və vaxtı açıqlanıb.

Bu nüfuzlu yarış dekabrın 25-dən 30-dək Moskvada keçiriləcək. Yarışın açılış mərasimi dekabrın 25-də olacaq. Dekabrın 26-dan 28-dək rapid, ayın 29-dan 30-dək blits yarışları keçiriləcək. Dünyanın ən güclü şahmatçılarının qatılacağı “King Salman World Cup” dünya çempionatı ötən il Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunub.

Xəbər 743 dəfə oxundu.