“Atasport” və “Akkord” 1 mərhələ yüksəldi
Kişi hokkeyçilərdən ibarət Azərbaycanın “Atasport” və “Akkord” klubları avrokuboklarda 28 may – Respublika Gününə öz hədiyyələrini ediblər. İdman.com.az saytının məlumatına görə, “Çelenc-2”nin həlledici matçında “Atasport” İsveçin “Partille” klubunu məğlub edib. Onlar rəqib qapısından 2 cavabsız top keçirərək, daha güclülərin mübarizə apardığı “Çelenc-1”ə yüksəliblər.

“Atasport”la bərabər, “Akkord” da son matçını qələbə ilə başa vurub. Paytaxt təmsilçisi Bolqarıstanın NSA klubunun daşını-daş üstə qoymayıb – 5:0. Bununla da onlar qalib kimi “Çelenc-3”dən “Çelenc-2”yə vəsiqə qazanıblar.
Qeyd edək ki, avrokubokda yarışan qadınlardan ibarət “Bakı” klubu isə “Çelenc-2”də 5-ci yeri tutub.

Xəbər 1037 dəfə oxundu.