AFFA-nın baş katibinin müavini UEFA tərəfindən təyinat alıb
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən təyinat alıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək PAOK (Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) oyununun UEFA nümayəndəsi S.Hacıyev olacaq.

PAOK-“Dinamo” oyunu noyabrın 27-də Saloniki şəhərindəki Toumba stadionunda keçiriləcək.

Xəbər 702 dəfə oxundu.