Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsində sonuncu oyununu keçirəcək
Futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

Bakı vaxtı ilə saat 23:45-də Trnava şəhərindəki Anton Malatinskiy stadionunda komandamız Slovakiya yığması ilə qarşılaşacaq.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu ukraynalı hakimlər idarə edəcək. Matçın baş hakimi Sergey Boyko olacaq. Ona Vladimir Volodin və Semen Şlonçak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.

Slovakiya və Azərbaycan milliləri dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 8-ci dəfə üz-üzə gələcəklər. İndiyədək keçirilmiş 7 matçdan 6-da rəqib qalib gəlib. 2001-ci il iyunun 6-da Bakıda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda isə Azərbaycan millisi 2:0 hesabı ilə qələbə qazanıb.

Xəbər 776 dəfə oxundu.