Milli Dirçəliş Gününə həsr olunmuş uşu üzrə respublika turnirinə yekun vurulub
Gəncə Olimpiya İdman Kompleksində Milli Dirçəliş Gününə həsr olunmuş uşunun sanda növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında növbəti respublika turnirinə yekun vurulub.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışda 200-ə yaxın idmançı iştirak edib.

Turnirdə medal sayına görə "Gəncə" klubu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Arktika" klubu yarışda ikinci, "Anar" idman klubu isə üçüncü olub.

Qeyd edək ki, turnirdə Bakı, Gəncə, Göyçay, Mingəçevir, Şəki və Ağcabədi klubları qatılıblar.

Xəbər 656 dəfə oxundu.