Beynəlxalq yarışa hazırlıq çərçivəsində cüdo üzrə açıq rayon birinciliyi keçirilib
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Beynəlxalq cüdo yarışına hazırlıq çərçivəsində İsmayıllının Kürdmaşı kəndində İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı, Qobustan rayonları və Bakı şəhər cüdoçularının iştirakı ilə açıq rayon birinciliyi keçirilib.

Rayon gənclər və idman idarəsinin, Kürdmaşı bələdiyyəsinin və Kürdmaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışlar gərgin idman mübarizəsi şəraitində davam edib.

Açıq birincilikdə İsmayıllı komandası birinci, Qobustan və Qəbələ komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər Beynəlxalq turnirdə iştirak hüququ qazanıblar. Qaliblərə mükafatlar verilib.

Xəbər 695 dəfə oxundu.